İdman

“Olimpiakos” Bakıya 24 futbolçu ilə gəlir – FOTO

Sharing is caring!

Yunanıstan “Olimpiakos”u “Qarabağ”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının IV tur oyunu üçün Bakıya 24 futbolçu gətirəcək.

Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunların 3-ü qapıçı, 7-si müdafiəçi, 12-si yarımmüdafiəçi, 2-si isə hücumçudur.

Qapıçılar: 88. Kostas Tsolakis, 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis

Müdafiəçilər: 2. Şime Vrsalko, 12. Marselo, 15. Sokratis Papastatopulos,24. Usseynu Ba, 45. Oleq Ryabçuk, 61. Aleksis Kalogeropulos, 66. Pape Abu Sisse

Yarımmüdafiəçilər: 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 17. Marius Vrusai, 19. Yorqos Masuras, 20. Coş Bouler, 21. Pep Biel, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 74. Andreas-Rixardos Ntoi, 77. Qarri Rodriges, 80. Anastasios Sapuntsis

Hücumçular: 18. Hvan İy Co, 47. Abubakar Kamara

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir