İdman

“Qarabağ” – “Olimpiakos” oyununun hakim təyinatları açıqlandı

Sharing is caring!

Bakıda “Qarabağ” və Yunanıstan “Olimpiakos”u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün təyinatlar açıqlanıb.

Oxu.Az xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Kreyq Pavsona Li Betts və İan Hassin laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək.

Darren Con Herbert VAR hakimi, Peter Bankes isə onun köməkçisi olacaq. Hakim-inspektor norveçli Jon Skjervold, UEFA nümayəndəsi Bosniya və Herseqovinadan olan Milan Yankoviçdir.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Olimpiakos” matçı saat 20:45-də başlayacaq. “Köhlən atlar” III turda Afinadakı görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir