İdman

Premyer Liqa: “Zirə”yə qələbə üçün bir qol kifayət etdi – VİDEO

Sharing is caring!

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Oxu.Az-ın məlumatına görə, günün yeganə oyununda “Zirə” “Şamaxı”nı qəbul edib.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu Çantakias vurub. 

Bu nəticə ilə xallarının sayını 16-ya çatdıran paytaxt təmsilçisi 4-cü pilləyə yüksəlib. 2 xala malik “Şamaxı” isə sonuncu – 10-cu sıradadır.

Qeyd edək ki, IX turun “Səbail” – “Sumqayıt”, “Neftçi” – “Turan Tovuz” matçları oktyabrın 8-də, “Qəbələ” – “Qarabağ”, “Sabah” – “Kəpəz” görüşləri isə oktyabrın 9-da olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir