İdman

“Barsa” UEFA-ya şikayət etmək fikrindən daşınıb

Sharing is caring!

“Barselona” “İnter”lə oyunda (0:1) hakimlikdən şikayətlə bağlı qərarını dəyişib.

Kataloniyalılar UEFA-ya şikayət etmək fikrindən daşınıblar.

Əvvəlcə “Barsa” Çempionlar Liqası oyununun hakimliyi ilə bağlı şikayət vermək, “neradzurri” və “Bavariya” ilə matçlarda işləyən videohakim Pol van Bukelin komandanın oyunlarına təyin edilməməsini xahiş etmək istəyib.

Həm oyunçuların, həm də klub rəhbərliyinin qəzəbinə baxmayaraq, “Barselona”dakı müzakirələrdən sonra şikayətin öz mövqelərini ifadə etməyin ən yaxşı yolu olmadığına qərar verilib. “Barselona” öz mövqelərini başqa üsullarla bildirməyə çalışacaqlar.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir