İdman

Çempionlar Liqası: “Çelsi” “Milan”a 3 qol vurdu, PSJ səfərdə ev sahibi ilə bacarmadı – VİDEO

Sharing is caring!

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.

Son oyun günündə E, F, G və H qruplarında səkkiz qarşılaşma baş tutub.

E qrupunda “Çelsi” İngiltərədə İtaliya “Milan”ını qəbul edib. Oyun ev sahibinin mütləq qələbəsilə nəticələnib – 3:0.

F qrupunda turnirin son qalibi, Madrid “Real”ı Polşada Ukraynanın “Şaxtyor” (Donetsk) komandası ilə qarşılaşıb. Kral klubunun iki qoluna ukraynalılar bir qolla cavab veriblər – 2:1.

G qrupunda “Mançester Siti” İngiltərədə Danimarka “Kopenhagen”ini darmadağın edib – 5:0. “Sevilya” isə İspaniyada Almaniyanın “Borussiya” (Dortmund) komandasına böyük hesabla uduzub – 1:4.

H qrupunda “Yuventus” İtaliyada İsrail “Makkabi”sini (Hayfa) məğlub edib – 3:1, “Benfika” isə Portuqaliyada Fransanın PSJ klubu ilə heç-heçə edib – 1:1.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

5 oktyabr

E qrupu

“Zalsburq” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 1:0

“Çelsi” (İngiltərə) – “Milan” (İtaliya) 3:0

F qrupu

“Leypziq” (Almaniya) – “Seltik” (Şotlandiya) 3:1

“Real Madrid” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 2:1

G qrupu

“Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 5:0

“Sevilya” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 1:4

H qrupu

“Yuventus” (İtaliya) – “Makkabi” (Hayfa, İsrail) 3:1

“Benfika” (Portuqaliya) – PSJ (Fransa) 1:1

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir