UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib.
Oxu.Az xəbər verir ki, A, C və D Liqalarında ümumilikdə 10 oyun keçirilib.
A Liqasının 1-ci qrupunda Xorvatiya Danimarkanı 2:1 hesabı ilə məğlub edərək liderliyə yüksəlib.
Fransa isə Avstriyanı 2 cavabsız qolla üstələyib.
4-cü qrupda səfərdə Polşaya 2:0 hesabı ilə qalib gələn Niderland millisi qrup liderliyini təmin edərək final mərhələsinə yüksəlib.
Qrupun digər görüşündə Belçika Uelsi məğlubiyyətə uğradıb – 2:1.
C Liqasının 1-ci qrupunda evdə Lüksemburqla 3:3 hesablı heç-heçə edən Türkiyə yığması B Liqasına vəsiqə qazanıb.
Litva – Farer adaları matçında isə qalib müəyyənləşməyib – 1:1.
Bu nəticədən qrupda sonuncu olan Litvanın D Liqasına düşəcəyi dəqiqləşib.
3-cü qrupda Belarusu 2:1 hesabı ilə məğlub edən Qazaxıstan seçməsi qrup liderliyini rəsmiləşdirib.
Azərbaycan millisi Trnavada Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək ikinci pilləyə yüksəlib.
Belarus kollektivi bu nəticədən sonra D Liqasına düşüb.
Nəhayət, D Liqasında Moldova səfərdə Latviya ilə, Andorra isə Lixtenşteynlə matçda qələbə qazanıb.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, V tur
A Liqası
1-ci qrup
Fransa – Avstriya – 2:0
Qollar: Kilian Mbappe, 56. Olivye Jiru, 65
Xorvatiya – Danimarka – 2:1
Qollar: Borna Sosa, 49. Lovro Mayer, 79 – Kristian Eriksen
4-cü qrup
Polşa – Niderland – 0:2
Qollar: Kodi Qakpo, 14. Stiven Berqveyn, 60
Belçika – Uels – 2:1
Qollar: Kevin De Brüyne, 11. Mişi Batşuayi, 37 – Kieffer Moore, 50
C Lqası
1-ci qrup
Türkiyə – Lüksemburq – 3:3
Qollar: Cengiz Ünder, 16 (penalti). Maksim Şano (avtoqol), İsmail Yüksek, 87 – Marvin Martins, 9. Danel Sinani, 37. Jerson Rodriges, 69
Litva – Farer adaları – 1:1
Qollar: Vykintas Slivka, 41 – Yakub Andreasen, 22
3-cü qrup
Qazaxıstan – Belarus – 2:1
Qollar: Mixail Qabışev, 29. Baxtiyor Zaynutdinov, 79 – Pavel Savitski, 45+3
Qırmızı vərəqə: Askat Taqibergen, 90+4 (Qazaxıstan)
Slovakiya – Azərbaycan – 1:2
Qollar: Erik Yirka, 90+3 (penalti) – Renat Dadaşov, 44. Höccət Haqverdi, 90+5
D Liqası
1-ci qrup
Latviya – Moldova – 1:2
Qollar: Yanis İkauniyeks, 55 – Yoan-Kelin Revenko, 26. Yon Nikolaesku, 45
Lixtenşteyn – Andorra – 0:2
Qollar: Albert Rosas, 4. Joan Cervos, 81
Xeberal.az