İdman

Azərbaycan Premyer Liqası: “Qarabağ” Zirə səfərində, Qəbələdə autsayderlərin dueli – AFİŞA

Sharing is caring!

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün VII tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk matçda “Kəpəz” Qəbələdə “Şamaxı”nı qəbul edəcək. Altı oyunun hamısında məğlub olan Gəncə təmsilçisi sonuncu – 10-cu, 2 xala malik qonaqlar 9-cu pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatlarında 30 dəfə üz-üzə gəliblər. Bunların 6-da meydan sahibləri, 17-də Şamaxı klubu qələbə qazanıb. Topların nisbətində də qonaqlar üstündür – 52:28.

Günün və turun sonuncu görüşündə “Qarabağ” “Zirə”nin qonağı olacaq. Rəqiblərindən bir oyun az keçirən “köhlən atlar” 15 xalla 3-cü, “qartallar” isə 10 xalla 5-ci sıradadır. Tərəflər indiyədək Premyer Liqada 27 dəfə qarşılaşıblar. Bunların 18-də Ağdam təmsilçisi meydanı 3 xalla tərk edib. Digər 8 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də ölkə çempionunun aşkar üstünlüyü var – 55:12. “Zirə” isə heç vaxt bu rəqibinə qalib gələ bilməyib.

Azərbaycan Premyer Liqası
VII tur
18 sentyabr (bazar)

18:00. “Kəpəz” – “Şamaxı”
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: Babək Quliyev
Qəbələ şəhər stadionu

20:30. “Zirə” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” evdə “Turan Tovuz”u 3:1, “Qəbələ” “Sumqayıt”ı 1:0, “Neftçi” isə səfərdə “Səbail”i 2:0 hesabı ilə məğlub edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir