İdman

Dmitrios Çantakias: “Olimpiakos” “Qarabağ”la oyunda problemlə üzləşə bilər”

Sharing is caring!

“Olimpiakos” son illərdəki kimi qarşılaşmaya köklənə bilməsə, böyük problem yaşayacaq”.

“Report”un məlumatına görə, bunu “Zirə”nin yunanıstanlı futbolçusu Dmitrios Çantakias Pirey təmsilçisinin “Qarabağ”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin matçları ilə bağlı danışarkən deyib.

27 yaşlı müdafiəçi “köhlən atlar”ın 6-7 üzvünün uzun illər birlikdə çıxış etdiyini xatırladıb: “Onların “silahları”, əsas gücləri beş oyunçudur. Bunlardan biri olan Marko Yankoviç vaxtilə “Olimpiakos”da çıxış edib”.

Çantakias ölkə çempionunda fərqləndirdiyi digər futbolçular haqqında da danışıb:

“Sağ cinah müdafiəçisi Marko Veşoviç təhlükə yarada bilir. Abdulla Zubir ilə Kvabena Ovusu irəli xətdə təhlükəlidir və qollar vururlar. Filip Ozobiçi də bu siyahıya əlavə edirəm. Bu oyunçular xüsusi fərq yaradır. “Olimpiakos” bunu düzgün qiymətləndirməsə, problem yaşayacaq”.

Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir