İdman

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Sharing is caring!

Azərbaycanın cüdoçusu Elcan Hacıyev Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında finala yüksəlib.

“Report”un Praqaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 81 kq çəki dərəcəsində yer alan Hacıyev yarımfinalda çexiyalı Adam Kopeçkiyə 108 saniyəyə qalib gəlib. Finalda onun rəqibi italiyalı Brayt Maddaloni Nosa olacaq.

Azərbaycanın daha bir cüdoçusu, 73 kq çəkidəki Vüsal Qələndərzadə isə yarımfinalda macarıstanlı Gergeli Adoryani ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir