İdman

UEFA reytinqi: “Qarabağ” Azərbaycanın xal ehtiyatını artırıb

Sharing is caring!

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.

“Report”un məlumatına görə, bu, “Qarabağ”ın Avropa Liqasının G qrupunun II turunda Fransa “Nant”ı üzərində 3:0 hesablı ev qələbəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,500 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 2,500-ə, son beş mövsümdə isə 15,125-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Slovakiyanın 17,000 xalı var.

“Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos”un Yunanıstanda Almaniya “Frayburq”una 0:3 hesabı ilə uduzması səbəbindən Yunanıstan 24,725 xalla 20-ci pilləyə enib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir