İdman

Braziliyalı MMA döyüşçüsü: “Nəriman Abbasov aqressiv idmançıdır”

Sharing is caring!

“Rəqibi analiz etmək üçün kifayət qədər materialımız var idi. Nəriman Rusiya və Azərbaycan üçün hazırlıqlı idmançıdır. Amma o son 3-4 görüşündə eyni səviyyəli döyüşçülərlə qarşılaşıb”.

“Report”un məlumatına görə, bunu braziliyalı MMA döyüşçüsü İsmael Bonfim “Dana White’s Contender Series” (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində Azərbaycan təmsilçisi Nəriman Abbasova qarşı keçirəcəyi görüş barədə danışarkən deyib.

26 yaşlı idmançı Abbasovun aqressiv döyüşçü olduğunu bildirib:

“Gözlənilməz zərbələr vurmağı xoşlayır. Amma imkan düşəndə ​​rəqibi boğmağa çalışır ki, bu amil mənə çox kömək edəcək. Rəqibimin özündən çıxmasını sevirəm və o, məni yığmağa çalışanda daha çox sevinirəm. Yaxşı müdafiə olunacağam. Nəticədə Abbasov konsentrasiyanı itirəcək və mənə necə gəldi zərbələr endirəcək. O, 10, 15, 50 yumruq ata bilər. Hamısından yayınacağam. Hətta yıxılsam belə, ayağa qalxacağımdan əmin ola bilərsiniz. Nəriman bu döyüş məyus olacaq”.

Qeyd edək ki, döyüş ABŞ-ın Las Veqas şəhərində sentyabrın 6-da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 7 sentyabr saat 07:00) keçiriləcək. Həmin döyüş gecəsində 5 görüş olacaq. Gecənin ikinci döyüşü Abbasovun iştirakı ilə baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir