Hüquq

Ramiz Mehdiyevin köməkçisini “Bandotdel” saxlayıb – Rəsmi

Sharing is caring!

Dünən AMEA prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin köməkçisinin saxlanıldığı təsdiqlənib.

Xəbəral.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Eldar Əmirov dünən Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb: “Hazırda müvafiq araşdırmalar aparılır”.

Qeyd edək ki, Eldar Əmirov R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar da onun köməkçisi işləyib.

***

Nərimanov rayon Məhkəməsi E.Əmirov barəsində 30 sutka həbs qərarı çıxarıb.

Hazırda onunla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma davam etdirilir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir