Hüquq

Vilayət Eyvazovdan özünü güllələyən polis rəisinin yerinə TƏYİNAT

Sharing is caring!

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə yeni rəis təyin olunub.
Xəbəral.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis mayoru Natiq Teymurov təyinat alıb. O, bu təyinatadək həmin şöbədə təhqiqatçı vəzifəsində çalışıb.

Qeyd edək ki, 4-cü polis şöbəsinin sabiq rəisi Rahib Mirzəyev sentyabr ayında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. Xatırladaq ki, R.Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir