Hadisə

Əlişir Usmanovun bacısının yaxtası müsadirə edildi

Sharing is caring!

Almaniyanın Hamburq şəhərində rusiyalı iş adamı Əlişir Usmanovun bacısı Gülbahar İsmayılovaya məxsus olduğu bildirilən “Dilbar” adlı yaxta müsadirə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Hamburq rəsmiləri yaxtanı qanuni olaraq Qərbin sanksiyaları altında olan milyarderin bacısına məxsus olduğunu müəyyən etdikdən sonra müsadirə edib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra özbək əsilli milyarder Əlişir Usmanova da Aİ, ABŞ və İtaliya tərəfindən sansksiyalar tətbiq edilib. “Dilbar” yaxtasına gəlincə, bu, dünyanın ən böyük yaxtası hesab edilir. Qiyməti 250 milyon dollardan çoxdur. Yaxtanın 65 kabinəsi var. 40 sərnişin və 80 ekipaj üzvünü qəbul edə bilir. Böyük hovuzdan başqa, yaxtada iki helikopter meydançası və sauna da mövcuddur.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir