Dünya

Rusiyanın iki bankı xaricdə “Mir” kartları üçün terminalların quraşdırılmasına başlaya bilər

Sharing is caring!

Rusiyanın iki böyük bankı dost ölkələrdə yalnız “Mir” kartlarının qəbulu üçün öz POS-terminallarını quraşdırmağı planlaşdırır. Hazırda söhbət Türkiyə və BƏƏ-dən gedir.

Bu barədə bank bazarındakı iki mənbə məlumat yayıb.

Onlar kredit təşkilatlarının adlarını açıqlamayıblar.

Məlumata görə, banklardan biri POS-terminalları yalnız Türkiyədə, digəri isə həm Türkiyədə, həm də BƏƏ-də quraşdırmağı planlaşdırır.

Adının çəkilməsini istəməyən mənbə qeyd edib ki, hazırda banklardan biri xarici ticarət və xidmət müəssisələrinə xidmət imkanlarını nəzərdən keçirir. Başqa bir mənbə bildirib ki, onun bankı ilk növbədə hotellərdə, iri mağazalarda və turistləri cəlb edən digər yerlərdə ödəniş terminalları quraşdıracaq.

Banklar artıq tranzaksiyaları sınaqdan keçirə bilərlər.

İri ekvayinq bankları, həmçinin Milli Ödəniş Kartı Sistemi olan “Mir” operatoru və Rusiya Federasiyasının Mərkəzi Bankı sorğulara cavab verməyib.

Mənbə: RBK

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir