Hadisə

Muxtar Babayevin işçiləri QOÇULUQ EDİR… – VİDEOFAKT

Sharing is caring!

04.02.2022-ci il tarixdə azerinfo.az xəbər portalının xüsusi müxbiri Ağayev Kərəm İsabala oğlu ictimai.tv- nin əməkdaşları ilə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 16 saylı dolayında olan örüş, süni göllər və mal- qara fermaların çəkmək məqsədilə sözügedən ərazilərə yollanıblar. Həmin ərazidə olan mal-qara fermaları, örüş və süni göllər sözügedən dolayın gözətçisi Allahyarov Ruslan Məmmədəli oğlunun özünə məxsusdir. Jurnalistlər əraziyə daxil olan zaman orada bir “uaz” yaş ağac dolu maşın aşkar ediblər, “uaz” markalı maşının sürücüsü çəkiliş qrupunu görüb, ərazidən uzaqlaşmaq istəsələr də, amma buna nail ola bilməyiblər. Sonra oranın gözətçisi Allahyarov Ruslan Məmmədəli oğlu öz yaxınları olan iki nəfərlə jurnalistlərə hücum çəkərək, əməkdaşımız Ağayev Kərəm İsabala oğlunu döyərək, bədən xəsarəti yetirərək, şəxsiyyət və ləyaqətini alçaldan söyüşlərlə təhqir edib. Sonra gözətçi maşınında gəzdirdiyi ov tüfəngi ilə əməkdaşımız vurmaq üçün maşına yaxınlaşan zaman əməkdaşımız jurnalistlərlə birgə ərazidən uzaqlaşmaqa nail olub. Bu barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat verilib.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir