Hadisə

Komitədən Mətanətin işgəncə verən oğlu ilə bağlı AÇIQLAMA

Sharing is caring!

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canan qızının atası tərəfindən işgəncələrə məruz qaldığını iddia edib. O, övladının işgəncə gördüyünü əks etdirən fotoları öz İnstaqram hesabında paylaşıb.

XəbərAl.az-ın məlumatına görə, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, faktla bağlı araşdırma aparılır:

“Sosial şəbəkələrdə və Kütləvi İnformasiya Vasitələrində məlumat yayılan kimi dövlət komitəsi məsələni nəzəratə götürüb. Hazırda fakt araşdırılır. Araşdınmanın nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək. İstənilən halda uşaqlara və qadınlara qarşı şiddət yolverilməzdir. Bu əməllərə yol verən şəxslər qanunvericiliklə məsuliyyətə cəlb olunurlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir