Hadisə

Meymunçiçəyinə yoluxma kəskin artdı: Karantin olacaq? 

Sharing is caring!

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri ötən bazar günü Afrikada artan meymunçiçəyi epidemiyası ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan edilib-edilməməsi ilə bağlı məsləhət vermək üçün ekspertlər komitəsi yaratmağı düşündüyünü açıqladı. 

Ötən ilin sentyabr ayından bəri Konqo Demokratik Respublikasında və digər Afrika ölkələrində virusun yeni aşkar edilmiş variantı səbəbilə yoluxma halları artıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreisus, BMT-nin səhiyyə agentliyinin, Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin, yerli hökumətlərin və digər tərəfdaşların epidemiyaya qarşı cavab tədbirlərini gücləndirdiyini bildirib.

O həmçinin epidemiya səbəbilə fövqaladə vəziyyət elan edilib-edilməyəcəyi ilə bağlı suala cavab almaq üçün ona məsləhət verəcək fövqəladə komitə yaratmağı düşündüyünü deyib./lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir