Cəmiyyət

Bu gün paytaxtın bu hissəsində su olmayacaq

Sharing is caring!

Bu gün gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC -dən  verilən məlumata görə, məhdudiyyətə səbəb Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzadır. Qəza aradan qaldırılır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir