Hadisə

Şamaxıda avtomobil Müalicə Diaqnostika Mərkəzinin əməkdaşlarını vuraraq öldürdü

Sharing is caring!

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xəbəral.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun üstündə yerləşən Şamaxı Müalicə Diaqnostika Mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil yolu keçən diaqnostika mərkəzinin işçiləri Tamella Haqverdiyeva və Zümrüd Mustafayevanı vurub.

Qəza nəticəsində hər iki piyada hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir