Hadisə

Sumqayıt səhiyyəsində daha bir BİYABIRÇILIQ-Təcili yardım briqadası ilə Sumqayıt Tibb Mərkəzinə aparılan şəxsə bizdə lazımı avadanlıq yoxdur cavabı verilib

Sharing is caring!

Sumqayıtda agentlik vətəndaşın haqqı olan tibbi sığortanı qarşılamayıb.

Xəbəral.az xəbər verir ki, İnsult keçirən Sumqayıt sakini təcili yardım briqadası ilə Sumqayıt Tibb Mərkəzinə aparılıb. Lakin bildirilib ki, müəssisəsdə lazım olan avadanlıqlar yoxdur. Bu səbəbdən ağır durumda olan xəstə “Sumqayıt Hospital”a aparılıb.

O, 4 gün statisionar qaydada xəstəxanada yatırılıb və xərcləri öz hesabına qarşılanıb. Özəl tibb ocağının günlük qalma xərcləri baha olduğu üçün ailə icbari tibbi sığortadan yararlanmaq qərarına gəlib. Hospitalın sığorta bürosu tərəfindən agentliyə müraciət olunub. Qurum isə xəstənin hospitalda aldığı xidmətlərin dəyərini qarşılamaqdan imtina edib.

Halbuki icbari tibbi sığortadan istifadə qaydalarında qeyd olunub ki, təcili və təxirəsalınmaz hallarda vətəndaş göndəriş vərəqəsi olmadan birbaşa özəl tibb müəssisəsinə müraciət edə bilər. Ona göstərilən tibbi xidmət icbari sığortaya daxildirsə, agentlik tibbi xidmətin dəyərini qarşılayır.

Məlumata görə, xəstəyə göstərilən tibbi xidmət, yəni stasionar yatış icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir. Üstəlik “Sumqayıt Hospital” ilə İcbari Tibbi Sığorta Agentliyi arasında müqavilə var. Yəni sözügedən vətəndaşın sığorta xidmətlərindən yararlanmaq hüququ var.

Nəticə etibarilə xəstəyə bu imkanlar tanınmayıb və əməkhaqqından tibbi sığorta üçün vəsait tutulub.//Bizim.Media//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir