Hadisə

Nizami Tibb Mərkəzinin daha bir uğuru – FOTO+VİDEO

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Nizami Tibb Mərkəzinin Mətbuat Xidməti tanınmış jurnalist Namidə İsayeva sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Namidə İsayeva

Həmin paylaşımı sizlərə olduğu kimi təqdim edirik:

Axşamınız xeyir,əzizlər!
Bu gün sizinlə həkimlərimizin kollektiv olaraq əmək verib ölümün pəncəsindən aldıqları 17 yaşlı pasiyentimiz Mirməhəmməd Əliyevin strukturumuza daxil olan Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında 41 günlük yaşamaq uğrunda mübarizəsini, həkimlərimizin göstərdikləri səyi və nəticəni sizlərlə paylaşırıq.
Məlumat üçün qeyd edək ki, pasiyentin sağ ayaq pəncəsinə paslı mismar batması nəticəsində tetanus xəstəliyi yaranmışdır.
Xəstə son dərəcə ağır vəziyyətdə şöbəyə qəbul olunaraq dərhal etirorop müalicəyə başlanılmış, Nizami Tibb Mərkəzi reanimasiyon briqadasının dəstəyi ilə süni tənəffüs aparatına qoşulmuş, 18 gün süni tənəffüs aparatı ilə yaşadıqdan sonra həyati göstəriş olaraq pasiyentə cərrahın vasitəsilə traxeostoma qoyulmuş və iki həftə sonra fəsadsız çıxarılmışdır.
41 günlük intensiv reanimasyon müalicələr və Uşaq Yolxucu Xəstəliklər xəstəxanasının direktor müavini Qönçə Abdullayeva,əməliyyat blokunun müdiri, anestezioloq-reanimotoloq Gülarə Abbasova, Reanimasiya şöbəsinin müdiri anestezioloq-reanimotoloq Emin Şirinov, Təcili Tibbi Yardım şöbəsinin müdiri Vaqif Mirzəyev ,cərrah Emin Həsənov, həkim Vüsalə Yusifova və adını çəkmədiyimiz tibb bacıları, əməyi keçən personal üzvlərinin səyi nəticəsində Mirməhəmməd tetanusun generalizə olunmuş formasına qalib gəldi. Pasiyent sağ-salamat, ayaqları üzərində evinə yazıldı.
Əməyi keçən bütün həkimlərimizə təşəkkür edirik!

Bir daha əmin olduq ki, sağlamlığımız əmin əllərdədir!

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir