Hadisə

Əhməd Bakıxanov adına 6 saylı Musiqi Məktəbinin direktoru Sevda Rəhimova müəllimələrdən pul tələb edir – ŞOK SƏSYAZISI

Sharing is caring!

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.

Əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və Protokol Şöbəsinin rəisi Kamil Rzayev saxlanılıb.
Nazirlikdə keçirilən əməliyyatdan sonra, nazirliyin balansında olan, Yasamal rayon ərazisində yerləşən tarzən Əhməd Bakıxanov adına 6 saylı Musiqi Məktəbinin direktoru Sevda Rəhimovanın məktəbin piano müəlliməsi Mahirə Kərimovadan aylıq 5 manat fond pulunu alması ilə bağlı redaksiyamıza video səs təqdim olunub.
Qeyd edək ki, Sevda Rəhimova təkcə adı hallanan müəllimdən deyil, eyni zamanda məktəbin bütün kollektivindən aylıq əməkhaqlarının həcminə uyğun olaraq, 5 manatdan 25 manata qədər fond pulu topladığı qeyd edilir.//Veteninfo.az//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir