Hadisə

İcra başçısı əməkdaşları gecə yarısınadək işdə saxlayıb? – Bir nəfərin halı pisləşdi

Sharing is caring!

Ötən gün Neftçala Rayon İcra Hakimiyyətində kuryoz olay baş verib.

Xəbəral.az xəbər verir ki, Bakupost.az -a daxil olan məlumata görə, icra başçısı Mirhəsən Seyidovun göstərişi ilə qurumun işçiləri
gecə saat 11-12-yə qədər işdə saxlanılıblar.

İş saatından əlavə 5-6 saat işdə qalması səbəbindən Neftçala İH-in baş məsləhətçisi Gövhər Nağıyevanın halı pisləşib, huşunu itirib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Bəs, icra başçısı işçilərin gecə saatlarına qədər işdə qalmasına niyə göstəriş verib?

Məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətinin sənədlərlə iş və vətəndaşların müraciətləri şöbəsindən Amid Şahbazov Bakupost.az -a bildirib ki, deyilənlər həqiqəti əks etdirmir:

“Bununla bağlı məlumatım yoxdur. Ola bilər ki, işlərin çoxluğundan kimsə işdən sonra qalıb işləsin. Mən şəxsən işlərim çox olanda qalıb işləyirəm. Amma dünən burada belə bir hadisənin baş verməsi ilə bağlı heç bir məlumatım yoxdur”.

Gövhər Nağıyevanın özü isə hadisəni təkzib etməyib. O, Bakupost.az -ın əməkdaşının sualını dinlədikdən sonra “mən sizi tanımıram, heç nə danışa bilmərəm” deyib, telefonu söndürüb.

İcra başçısı Mirhəsən Seyidov zənglərə cavab verməyib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir