Hadisə Manşetüstü

Rusiyadan Azərbaycana gələn avtomobildən 7 000 ədəd güllə tapılıb

Sharing is caring!

Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes-Benz Viano” markalı avtomobilə gömrük baxışı keçirilib.

XəbərAl.az Komitəyə istinadən verdiyi məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa yük yerinin sol tərəfindəki örtüyün altında və ön sağ oturacağın altında olan boşluqlarda 14 ədəd metal qabda üzərində “Exact Jumbo Heavy Diabolo” yazısı olan 7000 ədəd yarımkürə formasında tir tüfənginin gülləsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir