Hadisə

Bakıda motosikletlə avtomobilin toqquşması nəticəsində bir nəfər yaralanıb

Xəzər rayonunda motosikletlə avtomobil toqquşub, 1 nəfər yaralanıb.

APA xəbər verir ki, hadisə Mərdəkan yolunda baş verib. 1952-ci il təvəllüdlü Samonin Qriqori Pavloviç idarə etdiyi motosikletlə hərəkətdə olarkən anidən idarəetməni itirərək minik avtomobilinə çırpılıb.

Nəticədə o, ağır xəsarət alaraq 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Yaralıya baş-beyin silkələnməsi, üz nahiyəsinin kəsilmiş-sıyrılmış yaraları və bədənin müxtəlif nahiyələrinin kəsilmiş yaraları diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.