Hadisə

Bakıda polis idarəsi qarşısında piyadanı maşın vurdu

Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberal “Report”a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü Əliyev Firudin Əli oğlu Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi qarşısında yolu keçərkən onu maşın vurub.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona təpə və sol baldır nahiyələrinin sıyrılmış yaraları diaqnozu qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir