Hadisə

Avtomobilin vurduğu qadın xəstəxanada ölüb

Sharing is caring!

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, dekabrın 9-u saat 8:00 radələrində Nərimanov rayonunun Təbriz küçəsi ərazisində şəhər sakini M.Ramazanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən şəhər sakini Fatma Delşadı vurub. Nəticədə piyada xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir