Hərbi

Yevlax şəhər Heydər Əliyev Mərkəzində 26 iyun Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib!

Sharing is caring!

23.06.2023-cü il tarixdə Yevlax şəhər Heydər Əliyev Mərkəzində Milli Qəhrəmanlar Tanıtım İctimai Birliyinin, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin kollektivinin, Yevlax şəhər EL Televiziyasının və Qızıl Aypara Cəmiyyətinin Yevlax şəhər nümayəndəliyinin iştirakı ilə 26 iyun Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib. Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Yevlax şəhər Heydər Əliyev Mərkəzinin rəhbəri Qasımova Aygün Səyyaf qızı, Milli Qəhrəmanlar Tanıtım İctimai Birliyinin Yevlax şəhər nümayəndəliyinin sədri, Azərbaycan Bayrağı Ordenli, Vətən müharibəsi iştirakçısı, ictimai xadim, ehtiyatda olan mayor Mədəd Süleymanov, yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, hərbi ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin üzvü, ehtiyatda olan mayor Natiq Əlisoy, qazilər ehtiyatda olan gizir Emin Baxşəliyev, gizir Seymur Əliyev, MAHHXHQ Nicat Əsgərov, EL TV-nin aparıcı-redaktoru, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü İnqilab Xosrov oğlu Şirinli, müəllim, Yevlax Ağsaqqallar İctimai Birliyinin üzvü Sərdar Məmmədov, Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Jalə Həsənova və Qızıl Aypara Cəmiyyətinin Yevlax şəhər bölməsinin sədri Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto sərgi ilə tanış olduqdan sonra çıxış edərək ordumuzun yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından, siyasi fəaliyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizə uğurlu rəhbərliyindən söhbət açıblar. Sonda 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə Silahlı Qüvvələrin bütün şəxsi heyəti təbrik edilib, onlara xidmətlərində uğurlar arzulanıb, qonaqlara hədiyyələr verilib. Tədbirin sonunda yazıçı Natiq Əlisoyun Heydər Əliyev fenomeni və ordu quruculuğu və müharibənin görünməyən qəhrəmanları adlı əsərləri Yevlax şəhər Heydər Əliyev Mərkəzinin rəhbərinə təqdim edilib, xatirə foto şəkilləri çəkilib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir