Hərbi

Müasir Müsavat Partiyasından cəbhədəki vəziyyətlə bağlı bəyanat

Sharing is caring!

Müasir Müsavat Partiyası cəbhədə son olanlarla bağlı bəyanat verib…

Bəyanatda deyilir:

Bu günkü Ermənistan dövlət deyil, terrorçu dövlətdir. Dünən axşam Ermənistan Azərbaycanda yenidən öz işğalçı siyasətini həyata keçirmək üçün həm öz terrorçularını məhv etdi, həm də Azərbaycanın qeyrətli oğlanlarından 50 nəfər şəhid oldu. Ermənistan bölgədə yenə pozuculuq fəaliyyətini davam etdirir və Yerevan bu pozuculuq fəaliyyətini də Azərbaycanın ərazisində həyata keçirir.

Müasir Müsavat Partiyası olaraq biz bunu qətiyyətlə pisləyirik. Düşünürük ki, artıq Ermənistanı yerində oturtmağın zamanı çatıb. Görünür Ermənistan 44 günlük müharibədə “Dəmir Yumruq”dan nəticə çıxarmadı. Eyni zamanda Ermənistanın bu hərəkətlərinə dünya dövlətləri tərəfindən göz yumulur. Ermənistanın işğalçı siyasətinə hələlik heç bir dünya dövləti reaksiya verməyib.

Partiya olaraq biz bunu pisləyirik. Beynəlxalq aləmdən qətiyyətlə tələb edirik ki, bu cür işğalçı dövlətin bu günkü fəaliyyətinə son qoyulması, başqa dövlətin ərazisində işğalçılıq fəaliyyətini davam etdirməməsi üçün səslərini çıxarsınlar. Həmçinin beynəlxalq təşkilatları bizim haqq səsimizə səs vermələrinə çağırırıq. Onlar bu günə qədər Ermənistanı ərköyün uşaq kimi böyüdüblər. Buna görə də 10 noyabr üçtərəfli bəyanatının bütün bəndləri Ermənistan tərəfindən pozulur. Yerevan bu gün Azərbaycan ərazisində öz işğalçı fəaliyyətlərini həyata keçirmək üçün bütün vasitələrdən istifadə edir.

Müasir Müsavat Partiyası ölkədə olan bütün siyasi partiyaları ali baş komandanın ətrafında daha da sıx birləşməyə çağırır. Milli birliyimizi qorumaq üçün hər birimiz müvəzəl əsgər kimi ali baş komandanın yanında olmalıyıq. Biz milli birliyimizi dünyada sübut etməyə çalışmalıyıq. Eyni zamanda biz işğalçıları yenidən öz yerlərində oturtmaqdan ötrü ali baş komandanın səsinə səs verməliyik. Prezident hiss etməlidir ki, Azərbaycanın bütün siyasi partiyaları milli birliyə nail olub. 44 günlük müharibədə siyasi partiyaların prezidentin yanında olduğu kimi bu gündə onun yanında olmaqları zəruridir.

Müasir Müsavat Partiyası olaraq biz ali baş komandanın hər bir əmrinə tabe olmağa tam hazırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir