Hərbi

“Vətən müharibəsi gücümüzü bütün dünyaya nümayiş etdirdi” -Kərəm Mustafayev

“Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində formalaşmış peşəkar Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt zəfərlərini qazandı, 2020-ci ildə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu”.
Bunu Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev deyib.

General-polkovnik bildirib ki, Vətən müharibəsi bizim gücümüzü, milli iradəmizi və birliyimizi bütün dünyaya nümayiş etdirdi, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi ruhla, peşəkarlıq və qəhrəmanlıqla şərəfli missiyanı yerinə yetirdi, doğma torpaqlarımız işğaldan azad edildi.

“Ölkəmizin dinamik inkişafı nəticə etibarı ilə Əlahiddə Ümumqoşun Ordunun döyüş arsenalının ən müasir silah və texnika təminatına, bütün parametrlər üzrə müasir standartlar səviyyəsinə yüksəlməsinə şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində hərbi infrastrukturun müasirləşdirilməsi, şəxsi heyətin nümunəvi xidməti və döyüş qabiliyyətinin artırılması üçün mühüm işlər görülür. Peşəkar hərbçilərin yetişdirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Orduda təşkil edilən kurslar ordu quruculuğu istiqamətində görülən işlərin məntiqi davamıdır”, – deyə Kərəm Mustafayev qeyd edib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir