Cəmiyyət

Nərullah Sultanov: “Məqsəd dünya səviyyəsində sirk yaratmaqdır”

Sharing is caring!

“Bakı Dövlət Sirki hər fəsil tamaşaçılarının qarşısına çıxmalıdır”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Dövlət Sirkinin meneceri Nərullah Sultanov deyib.

Onun sözlərinə görə, məqsədləri dünya səviyyəsində sirk yaratmaqdır:

“Bizim ideyamız odur ki, sirkimiz unudulmaz olsun. İstəyimiz sirkin hər fəsil beynəlxalq səviyyədə fəaliyyət göstərməsidir. Artistlərimiz də dünya təcrübəsindən istifadə edəcəklər. Ən yaxşı sirk nümunələri yaradacağıq”.

Qeyd edək ki, proqram ilk olaraq oktyabrın 12-də şəhid və qazi ailələri üçün xeyriyyə məqsədi ilə nümayiş olunacaq.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir