Gündəm

Masallının baş həkimi Rasim Əzizov mağazadan oğurluq etdiyinə görə vəzifəsindən azad olunub

Sharing is caring!

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb.

Xəbəral.az xəbər verir ki, Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin baş həkimi vəzifəsini icra edən Rasim Əzizov tutduğu vəzifədən azad edilib.Qeyd edək ki, Rasim Əzizov 2003-cü ildən bu ilin fevral ayına kimi Masallı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb. R.Əzizov bu ilin fevral ayından isə həmin xəstəxananın baş həkimi vəzifəsini icra edən kimi fəaliyyət göstərib.Faktı Masallı Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizovun mağazalardan birindən oğurluq etməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi görüntüləri araşdırır

Xatırladaq ki, baş həkimin mağazadan oğurluq videosu daha çox Xəbəral.az saytında oxunub, böyük səs-küyə səbəb olmuşdur.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir