Gündəm

Vüsal Hüseynovdan 5,4 milyonluq tender açıqlaması: “Xəta bizimdir”

Sharing is caring!

“Bəzi mətbu orqanlarda Dövlət Miqrasiya Xidmətinin elan etdiyi tender nəticələri ilə bağlı məbləğlərin qeyri – dəqiq göstərilməsi sistemə məlumatların daxil edilməsi zamanı tərəfimizdən xəta baş verməsi ilə əlaqədardır (məbləğdə “nöqtə” işarəsinin qeyd edilməməsi). Məlumatlara sistemdə artıq düzəlişlər edilib”.

XəbərAl.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Xidmət rəisi bildirib ki, bununla yanaşı saytda yerləşdirilən müqavilələrdə doğru məbləğlər öz əksini tapıb:

“Qeyd edilən istiqamətlər üzrə tenderlər üzrə cəmi məbləği 5 milyon 429 min manat deyil, 54 min 290 manatdır. Gələcəkdə bu cür halların baş verməməsi diqqətdə saxlanılacaq. Mətbuat nümayəndələrinə bu məsələni anlayışla qarşılamağı və məlumatlarında müvafiq dəyişikliklərin edilməsini xahiş edirik”.

Xatırladaq ki, yaıylan məlumatlarda Xidmətin keçirdiyi 5,4 milyonlur tenderin qalibinin qısa müddət əvvəl yaradılan şirkət olduğu bildirilirdi.(cebhe.info)

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir