Gündəm

Ermənilər İtaliyadakı səfirimizi təhdid edir

Sharing is caring!

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə burada yaşayan ermənilər tərəfindən təhdid edilir.

Xəbəral.az xəbər verir ki, bu barədə səfirin özü sosial şəbəkədə məlumat verib.

O bildirib ki, hazırda İtaliya mətbuatı bu barədə yazır:

“İtaliyanın “Il Giornale”, “Kmetro0”, “politicamentecorretto.com”, “Agenzia Nova” və “Giornale Diplomatico” kimi kütləvi informasiya vasitələri erməni radikallarının münaqişə tərəflərinin hər ikisinə yer verən italyan juranlistlərinə, eləcə də Səfirliyimizə və mənə qarşı təhdid, nifət və təhqir kampaniyasından danışırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir