Gündəm

AZƏRBAYCAN ƏRAZİSİNDƏ “DAĞLIQ QARABAĞ VİLAYƏTİ” ADLI QURUM YOXDUR

Sharing is caring!

Vətən Müharibəsindəki tarixi qələbəmizdən sonra beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artmaqdadır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Artıq dünya ictimaiyyəti Azərbaycanı yaxından tanımağa, ölkəmizin tarixini öyrənməyə, bu gün dünyada dünyəvi və hüquqi dövlət olaraq beynəlxalq aləmdəki tutduğu mövqe ilə yaxından tanış olmağa başlayıblar.
Ermənilər on illərdiki öz uydurma təbliğatları ilə, heç bir tarixi sənədlərdə sübutu olmayan ideyaları ilə dünyaya isbat etməyə çalışırlar ki, Qarabağ bölgəsi ermənilərə məxsus olub. Prezident cənab İlham Əliyev müharibə dövründə və müharibədən sonra da dünyanın aparıcı KİV-lərinə verdiyi müsahibələrində ermənilərin tarixi saxtakarlığını bütün dünyaya sübut etdi. Ölkə başçımız bütün çıxışlarında Qarabağ həqiqətləri və Qarabağın tarixi barədə ətraflı məlumat verirdi. Tarixi sənədlər də sübut edir ki, ermənilər heç vaxt Qarabağ və ətraf rayonlarda yaşamayıb. Çar Rusiyası dövründə ermənilər İran ərazisindən Qarabağa köçürülüblər. Cənab İlham Əliyev tarixi həqiqətlərin dünyaya çatdırılmasında da liderlik etdi.
Dünyadakı erməni siyasətçiləri, tarixçiləri belə bir iddia irəli sürürdülər ki, 1991 ci il 18 oktyabrda müstəqillik qazanmış Azərbaycan ərazisində “Dağlıq Qarabağ Muxtar Vilayət”i mövcud olmayıb: “”Dağlıq Qarabağ Muxtar Vilayət”i Sovet Azərbaycanı tərkibində mövcud olub və Sovet qanunvericiliyinə uyğun olaraq 1991 ci il 2 sentyabr tarixli referendumla “Dağlıq Qarabağ Muxtar Vilayəti” nin Azərbaycanın tərkibindən ayrılması barədə qərar qəbul etmişlər. Ermənilər bunu “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”na istinad edirlər. Bu baxımdan 28 May tarixinin Müstəqillik günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin bərpası günü adlandırılması ilə bağlı Milli Məclisə təqdim edilmiş qanun layihəsi çox əhəmiyyətlidir. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının məzmunu ilə başlığı arasında uyğunsuzluq vardı. Başlıqda “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı kimi qeyd olunub. Məzmunda isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991 ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq Konstitusiya Aktı qəbul olunur kimi qeyd olunub. Qanun layihəsinin qəbulu bu uyğunsuzluğu aradan qaldırar. Digər məsələ ondan ibarətdir ki, 28 May 1918 ci ildə Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etmiş, 1991 ci il oktyabrın 18 də isə bu müstəqillik bərpa edilmişdir. Bugünkü müstəqil Azərbaycanın gerbi, bayrağı və himni Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi atributlardır. Deməli, 1991 ci il oktyabrın 18 də müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası, 1918-ci il mayın 28 də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi sayılır. Bu isə o deməkdir ki, 1918 ci il mayın 28 də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində heç bir “Dağlıq Qarabağ Muxtar Vilayət”i adında qurum mövcud olmamışdır. Bu düzəlişlərlə ermənilərin dünyaya sübut etmək istədikləri saxtakarlığa da cavab vermiş olarıq.”
Rahib Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir