İsveçin “Northvolt” şirkəti elektrik avtomobilləri üçün akkumulyatorların ağacdan hazırlanmasını təklif edib. Şirkət texnologiyanı inkişaf etdirmək və ağac xammalından bu cihazların istehsalını qurmaq qərarına gəlib. Davamlı akkumulyatorlar yaratmaq üçün “Northvolt” ağac hüceyrələrindən əldə edilən bitki əsaslı polimerdən hazırlanmış xüsusi materialı inkişaf etdirən Finlandiyanın “Stora Enso” startapı ilə əməkdaşlıq edəcək. Startap “Northvolt” üçün gələcək batareyaları dizayn edəcək, […]
İmişli sakini rayon ərazisində fəaliyyət göstərən “SOKOL” yanacaqdoldurma məntəqəsinin sahibi Nurməmməd Qafarovun 1300-ə yaxın vətəndaşın yolunun qanunsuz zəbtinə son qoyulması üçün İmişli Rayon İcra başçısı Elçin Rzayevə videomüraciət ünvanlayıb. Rayon sakini Orucov Seyran qeyd edib ki, neçə ildir minlərlə sakinin yolunu yerli iş adamı Nurməmməd Qafarov zəbt edərək yolun üstündə qaz çəni saxlayır. “Bu yoldan […]
Qazax rayonunda ehtiyatsızlıq edən yerli sakini elektrik cərəyanı vuraraq öldürüb. “Report” xəbər verir ki, hadisə Canalı kəndində qeydə alınıb. Rayon sakini, 1993-cü il təvəllüdlü M.Əlizadə avtomobilini yuyan zaman elektrik cərəyanı onu vuraraq öldürüb. Faktla bağlı araşdırmalara başlanılıb. Xeberal.az