Cəmiyyət Gündəm

SUQOVUŞANDAN RAYONLARA SU VERİLİR

Sharing is caring!

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. Dövlətimizin başçısı ictimaiyyətin nümayəndələri ilə görüşərək onların qarşısında çıxış edib. Prezident dərin məzmunlu çıxışında qeyd edib ki, bir il bundan əvvəl, oktyabrın 3-də Suqovuşan qəsəbəsi işğaldan azad edilmişdir. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurumuz idi, böyük qələbəmiz idi. Bu qəsəbənin işğaldan azad edilməsi zamanı şəhidlərimiz oldu, qazilərimiz oldu.

  Sentyabrın 27-dən başlayan əks hücum nəticəsində Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunub, eyni zamanda ekoloji tarazlıq təmin olunub.
  Bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir. Bizim azad edilmiş torpaqlarda – Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir.
   Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranmışdır. Bu ərazilərə öz axımı ilə suyun verilməsi eyni zamanda ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyyatında qənaətin yaranmasına səbəb olacaq.
    Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kbm olan əsas magistral kanala, kanalın 5,2 km-dən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kbm olan müvafiq olaraq Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi. "30 illik ekoloji terror Azərbaycanın Suqovuşanı kəndinin işğaldan azad edilməsi ilə sona çatdı. Tərtər çayı bolsulu axır. Ermənistan məqsədli şəkildə su axınını daim dayandırırdı. Azərbaycanın Tərtər, Goranboy və Yevlax rayonlarında ekotarazlıq təmin ediləcək".      
   Əminik ki, aparılan bu geniş miqyaslı işlərin yekunu olaraq “Sərsəng” su anbarı sisteminə daxil olan bütün obyektlər işğaldan azad olunacaq. “Sərsəng”, “Suqovuşan” su anbarları bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Eldəniz Məhərrəmov, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir