Dünya

Küveytdə hərbi xidmət üçün maksimal yaş həddi artırıldı

Sharing is caring!

Küveyt hərbçilərin xidmətə başlaya biləcəkləri maksimum yaş həddi iki il artırılaraq 28-dən 30-a qaldırılıb.

Müvafiq əmri Küveytin baş nazirinin müavini, müdafiə naziri və daxili işlər nazirinin səlahiyyətlərini icra edən Şeyx Talal Xalid əl-Əhməd əl-Sabah verib.

Məlumata görə, bu qərar Küveyt xalqının əksəriyyətinin öz ölkəsinə xidmət etməsinə imkan vermək, həmçinin ölkədəki bütün hərbi və təhlükəsizlik kolleclərinə qəbul zamanı ədalət və bərabərliyə nail olmaq məqsədi daşıyır.

Bəyanatda həmçinin qeyd olunub ki, maksimum yaş həddinin artımı Küveytin COVID-19 pandemiyası və bununla bağlı məhdudiyyətlər nəticəsində üzləşdiyi müstəsna hallar fonunda edilib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir