Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, qəza Mehdiabad qəsəbəsində qeydə alınıb. Belə ki, “Daewoo” markalı avtobusla “Hyundai” markalı minik maşını toqquşub. Hadisə nəticəsində minik maşınının sürücüsü ölüb. Əraziyə polis əməkdaşları cəlb ediliblər. Xeberal.az
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin tam mətni yayımlanıb. Həmin mətni təqdim edirik: “Azərbaycan Respublikası və Türkiyə Respublikası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq, İki dost və qardaş […]
“2020-ci ildə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar açdı. Lakin Ermənistan tərəfindən ərazilərimizin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunması, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır”. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 18-də Bakıda keçirilən […]