Gündəm

Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi

Saatlı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

XəbərAl.az xəbər verir ki, bununla bağlı RİH-nin başçısı Elmir Bağırov əmr imzalayıb.

Əmrə əsasən, onun köməkçisi Əzizov Ruhid Seyidəzim oğlu vəzifəsindən azad olunaraq, Saatlı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir