FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək “Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq. Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək. Xeberal.az
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fərdi yaşayış evindən qızıl-zinət əşyaları və nağd pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayonun Çəmənli kəndində yerləşən fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon […]
Bosniya və Heresqovina yığmasının baş məşqçisi Robert Prosineçki “Qarabağ”ın qapıçısı Asmir Beqoviçin atası Amir Beqoviçin onunla bağlı dediyi fikirlərə münasibət bildirib. XəbərAl.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis “Federal TV”yə müsahibəsində ittihamlara cavab verib. Prosineçki 32 yaşlı qolkiperi yığmaya çağırmamasının səbəbini yenidən açıqlayıb: “Asmir Beqoviç uzun müddət oynamadı. Çıxış yolu tapdı və “Qarabağ”a getdi. Çox yaxşı çıxış edir. Biz bundan […]