Dünya

ABŞ prezidentinin oğlu haqqında film Hollivudda qapalı nümayiş olundu

Sharing is caring!

Los-Ancelesdə ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden haqqında çəkilən filmin qapalı nümayişi keçirilib.  

“Mənim oğlum – Hunter” (“My son Hunter”) adlı filmdə əsas diqqət Baydenləri təqib edən korrupsiyanın ifşasına yönəlib. Bildirildiyinə görə, film tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb.

Ssenari müəllifi Brayan Qodava da bildirib ki, filmdə “real hadisələrdən və ya mediada yayılan sənədlərdən, stenoqramlardan və ya elektron məktublardan götürülmüş dialoqlardan istifadə edilib”.

Filmin onlayn premyerası sentyabrın 7-də baş tutacaq.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir