Dünya

Rusiyalı müğənni boşanandan sonra ərinin fırıldaqçılığı barədə öyrənib – FOTO

Sharing is caring!

Rusiyalı müğənni, aktrisa, teleaparıcı, rejissor və prodüser Lolita Milyavskaya ifaçı Aleksandr Tsekalodan boşanmasının təfərrüatını danışıb. Onun sözlərinə görə, boşanandan sonra ərinin fırıldaqçılığı barədə öyrənib.

“O, pul üçün də mənə yalan danışıb. Şabtay Kalmanoviç (dünya estrada ulduzlarının Rusiya qastrollarının təşkilatçısı – red.) Avstriyada Saşaya mənim xəbərim olmadan bank hesabı açmağa necə kömək etdiyini danışdı. Boşanma zamanı bildim ki, qazandığımız pullardan çox cüzi bir hissəsi qalıb”, – deyə Lolita o günləri xatırlayarkən bildirib.

Ulduz keçmiş ərinin birlikdə qazandıqları vəsaiti hara xərclədiyini hələ də bilmədiyini deyib.

Müğənninin sözlərinə görə, keçmiş əri onun uğuruna inanmayıb və solo sənətçi kimi heç nəyə nail olmayacağını, ümumiyyətlə, keçmiş arvadının heç kimə lazım olmadığını aşılamağa çalışıb.

Xatırladaq ki, aprel ayında Bakıya qonaq gələn Lolita qaldığı hoteldən Bakının füsunkar mənzərəsinin əks olunduğu kadrları paylaşaraq öz heyranlığını dilə gətirmişdi.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir