Dünya

Rusiyada polis bölməsini yandırmağa cəhd etdilər: İki polis yaralandı

Sharing is caring!

Rusiyanın İjevsk şəhərində naməlum şəxs polis bölməsini yandırmağa cəhd edib.

Onu zərərsizləşdirməyə çalışarkən iki polis əməkdaşı yaralanıb.

Naməlum şəxsin polis bölməsinin binasına 2 ədəd “Molotov kokteyli” atdığı bildirilir. Hadisə yerinə polis patrul xidmətinin əməkdaşları gəlib. Şübhəli şəxs saxlanılan zaman müqavimət göstərib və iki polisi bıçaqla yaralayıb.

Xəbərdarlıq atəşindən sonra polis xidməti silahdan istifadə edib. Hücum edən şəxs yaralanıb.

Polis əməkdaşları və hücum edən şəxs tibb müəssisəsinə aparılıb.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir