Dünya

Türkiyədə metrlərlə yüksəklikdə intihar cəhdi: Aşağıdakılar “tullan” dedilər – VİDEO

Sharing is caring!

Türkiyənin İstanbul şəhərinin Fatih səmtində kranın üzərinə çıxan şəxs intihara cəhd edib.

Hadisə Fatih Laleli tramvay dayanacağında baş verib.

Onu fikrindən daşındırmaq üçün ilkin cəhdlər nəticəsiz qalıb. Bu səbəbdən tramvayların hərəkəti dayandırılıb və vətəndaşlar kilometrlərlə piyada yeriməyə məcbur olublar.

Bəzi vətəndaşların isə metrlərlə yüksəklikdəki şəxsə “tullan, tullan” deyə qışqırdıqları görüntülənib.

Hadisə yerinə polis, yanğınsöndürənlər və sağlamlıq qrupları sövq edilib. İntihar etmək istəyən şəxsə çatmaq üçün yanğın nərdivanından istifadə edilib.

Təxminən altı saat davam edən səylərdən sonra naməlum şəxs yerə endirilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir