Dünya

Erməni dələduz polisi maşında sürüdü – VİDEO

Sharing is caring!

Moskvada erməni dələduz polisin qolunu saxta dövlət nömrə nişanlı “Lexus” markalı maşının pəncərəsində sıxaraq arxasınca sürüyüb.

Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq idarəs kadrlar yayıb.

“Polis əməkdaşının qanuni tələbi ilə sənədləri təqdim etmək istəməyən şübhəli şəxs polis əməkdaşının əlini şüşə ilə sıxaraq maşını idarə etməyə başlayıb. Onun qanunsuz hərəkətlərinin qarşısını almaq üçün ikinci yol polisi əməkdaşı xidməti silahdan təkərlərə atəş açıb, bundan sonra şübhəli şəxs saxlanılıb”, – Rusiya İstintaq Komitəsinin Moskva şöbəsinin məlumatında deyilir.

Məlumata görə, hadisənin günahkarı boks yarışlarının təşkili ilə məşğul olan promouter şirkətinin direktor müavini, 30 yaşlı Sergey Tatevosyandır. Onun barəsində 6 inzibati protokol tərtib edilib. Zərərçəkmiş inspektor qançır və kəsik yaraları alıb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir