Dünya

Türkiyədə toydan qayıdanlar ağır qəzaya düşdülər: 17 yaralı – FOTO

Sharing is caring!

Türkiyənin Balıkəsir şəhərində toydan qayıdan insanların olduğu mikroavtobus aşıb.

Nəticədə sürücü də daxil olmaqla 17 nəfər yaralanıb.

Qəza səhər saatlarında Balıkesir-Kütahya yolunun Kepsut rayonu yaxınlığında baş verib.

Çanaqqaladan Balıkəsirə gedən mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə yerinə xilasetmə, səhiyyə, polis və jandarma qrupları cəlb ediliblər.

Yaralılar xəstəxanalara aparılıblar.

Müalicə olunan yaralılardan üçünün səhhətinin ağır olduğu bildirilib. Mikroavtobusdakı şəxslər dünən Tekirdağda qatıldıqları toydan qayıdırmışlar.

Faktla bağlı araşdırma başladılıb.

Mənbə: CNN Türk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir