Dünya

Çin ordusu ABŞ gəmilərinə görə döyüş hazırlığı vəziyyətinə gətirilib

Sharing is caring!

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki döyüş gəmisinin Tayvan boğazındakı beynəlxalq sulardan keçməsi fonunda Çin Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

ABŞ Hərbi Dəniz Qüvvələri esmineslərin Tayvan boğazından keçməsi ilə bağlı məlumatı təsdiqləyib. ABŞ-ın iştirak etdiyi bu cür əməliyyatlar 8 saatdan 12 saata qədər davam edir.

Hərbi Dəniz Qüvvələri bildirib ki, əməliyyat ABŞ-ın azad və açıq Hind-Sakit okeana sadiqliyini nümayiş etdirir.

Mənbə: “Reuterts” 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir