Dünya

ABŞ-da təlimlərə gələn üç niderlandlı hərbçi güllələndi

Sharing is caring!

ABŞ-da təlimlərdə iştirak edən üç niderlandlı hərbçi atışma nəticəsində yaralanıb. Bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, insident ötən gecə İndianapolis şəhərində baş verib.

Hərbçilərdən birinin vəziyyətinin ağır olduğu, digər iki zərərçəkənin huşunun yerində olduğu bildirilir.

Qeyd olunur ki, atışma hərbçilərin qaldığı hotelin qarşısında baş verib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir